Kanada XİN: `Tərəflər təmkinli olmalıdır`


14:08     04 Aprel 2016 kanada%20XIN.jpg

Kanadanın xarici işlər naziri Stefan Dion Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə geri qayıtmağa çağırıb.


Femida.az xəbər verir ki, bu barədə Kanada XİN-inin yaydığı məlumatda bildirilir.

“Kanada Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda son zorakılıq hallarının artmasından narahatdır. Biz Dağlıq Qarabağ münaqişə tərəflərini təmkinli olmağa və atəşkəs rejiminə geri qayıtmağa, həmçinin ATƏT-in Minsk qrupu çərçivəsində dialoqun aktiv bərpasına çağırırıq”, - deyə nazirin bəyanatında bildirilir.

Bəyanatda münaqişənin yalnız sülh danışıqları yolu ilə həll oluna biləcəyi vurğulanır.

Açar sözlər:

Oxunub: 851